KURUMSAL
Biz, Axısxa Türkləri olaraq Birinci Qarabağ savaşında olduğu kimi İkinci Qarabağ savaşında da qəhrəmanlıqla iştirak edərək Azərbaycanın haq işində yanında olduğumuzu bir daha nümayiş etdirdik.
Böyük Vətən Savaşında iştirak edən onlarla Axısxalı Türk gənclərimiz şəhid olmuş, yüzlərlə gəncimiz isə müxtəlif bədən xəsarətləri olaraq qazi olmuşdur. Azərbaycan başqa ölkənin ərazisində deyil, öz torpağında müharibə etmiş, ayrılmaz hissəsi olan işğal altındakı torpaqlarını işğalçı Ermənistandan geri alaraq ərazi bütövlüyünü təmin etmişdir.
Biz, Axısxa türkləri olaraq bütün Azərbaycan xalqını, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında işğal altındaki vətən torpaqlarının Şanlı Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilməsi münasibətilə ürəkdən təbrik edirik. Haq Savaşı'nda şəhid olan əsgər və zabit qardaşlarımıza Allahdan rəhmət, yaralı qazilərimizə isə şəfa diləyirik.
Öz tarixi torpaqlarından didərgin salınan və 30 ildir el oba həsrətində olan Azərbaycanlı qardaş bacılarımızın tezliklə öz yurdlarına qayıtmasını arzu edirik.
Qarabağ Azərbaycandır!